Bir müddət əvvəl koronavirusa yoluxan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır.
HİT.az xəbər verir ki, bu barədə onun oğlu Toğrul Məmmədli REAL TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, atasının müalicəsi xəstəxanada davam edir:
"Həkimlər əllərindən gələni edir. Sadəcə onun yanaşı xəstəlikləri olduğuna görə COVİD-i daha ağır keçirir. Atamın vəziyyəti heç də qənaətbəxş deyil".