Bakıda qəza: küçələri su basdı - VİDEO

ÖLKƏ
12:33 / 24.03.2021
684

Binəqədidə su borusu partladı. 

Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 

Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:

“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.

Həmin görüntüləri təqdim edirik:

0