Nazirlik HƏRƏKƏTƏ KEÇDİ - Qaxda qanunsuz ov edən ərəblərlə bağlı

18:59 / 25.03.2021
1933

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda  yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Hit.az-ın məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və  təbiətə vurulmuş ziyana görə cərimələniblər.

8