Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

ÖLKƏ
17:38 / 26.03.2021
644

Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.
 
HİT.Az APA-a istinadən məlumat verir ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.
Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək. 

 

0