Naxçıvanda toylara icazə verilib? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
15:09 / 29.03.2021
1033

Sosial şəbəkələrdə Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb.  Məlumatda qeyd edilib ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etməyə icazəsi verilib.

Unikal.org-a açıqlama verən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli məsələyə münasibət bildirib.

O qeyd edib ki, bununla bağlı rəsmi qərar yoxdur. Yazılanlar həqiqəti əks etdirmir.

0