İsmayııllı rayonunda Lahıc qəsəbəsinə gedən yolun kənarında göl satışa çıxarılıb.
HİT.Az-ın xəbərinə görə, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, 88 sot sahəsi olan təbii göl 120 min manata satılır.
Gölün dərinliyinin 7-11 metr olduğu və turistik yerdə yerləşdiyi qeyd olunub.
Həmçinin gölün ətrafında yüngül konstruksiyalı evlərin tikilməsinə də icazə var.
Elanda gölün təcili və ucuz qiymətə satıldığı bildirilir.
Camal