Azərbaycanlı milyarderin şirkəti məhkəməyə verildi

ÖLKƏ
17:05 / 29.03.2021
1997

“Dərhal LTD” MMC Teymur Əhmədov adına “Aznar” QSC-ni məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, iddia Bakı Kommerisya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin kökündə daşıma müqaviləsi üzrə mübahisələr dayanır.

“Aznar” QSC-nin qanuni təmsilçisi Teymur Əhmədovdur. O, iş adamı, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşıdır. Fərhad Əhmədov həm də “Aznar”ın təsisçisi və mojaritar səhmdarıdır.

“Dərhal LTD” MMC isə daşıma şirkətidir.

VÜQAR

0