Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya qızı Fidan Cəfərova məlumat verib. O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər xəstəxanaya yerləşdirildiyini deyib:
"Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər".