Bakıda avtomobil yandı - VİDEO

ÖLKƏ
13:16 / 31.03.2021
710

Bakıda minik avtomobili yanır.

Hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, yanğın “Neftçilər” metrosu yaxınlığında qeydə alınıb.

Həmin ərazidə “Ravon” markalı avtomobil yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

0