Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı

ÖLKƏ
13:44 / 31.03.2021
731

Dövlət Statistika Komitəsindən oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, martın 30-da komitənin girişində pilləkənlərin məhəccərləri naməlum şəraitdə oğurlanıb.

Komitə oğurlanan məhəccərlərin 5 min manat dəyərində olduğunu bildirib.

Cinayəti törədən şəxslərin müəyyən edilməsi və saxlanılması üçün Yasamal RPİ-də araşdırma aparılır.

0