Qarabağda ən azı iki DOST mərkəzinin olacağı planlaşdırılır.
HİT.az xəbər verir ki, bunu açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
O qeyd edib ki, mərkəzlərdən biri Şuşa şəhərində yerləşəcək:
"Digər mərkəz isə Cəbrayıl, yaxud Füzuli şəhərində inşa ediləcək. Hələlik bunların üzərində işlər aparılır. Artıq Şuşa şəhərində olacaq DOST mərkəzinin layihələndirilməsi prosesi gedir. Yaxın zamanlarda konseptual yanaşma ictimaiyyətə təqdim olunacaq”.