"3 gündə 61 məktəb bağlandı" - Təhsil naziri

ÖLKƏ
17:50 / 03.04.2021
703

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

HİT.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. 

Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi”.

1