Məktəb direktoru koronavirusdan vəfat etdi

20:11 / 07.04.2021
1052

Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva COVID-19-un qurbanı olub.

Qeyd edək ki, 84 yaşlı direktor bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıda yerləşən xəstəxanalardan birində müalicə olunurdu.

0