Azərbaycanda daha bir məktəb distant təhsilə keçdi

22:26 / 12.04.2021
754

Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə koronavirusa yoluxma aşkarlanıb.

"Report"un məlumatına görə, məktəbin iki müəllimində koronavirusa yoluxma halı aşkarlanıb.

Orta məktəb bu səbəbdən distant təhsilə keçib.

Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir.

0