Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır - Milli Məclisdə müzakirə olunacaq

ÖLKƏ
09:35 / 13.04.2021
34030

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

Bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq./Report

8