Eldar Həsənovun vəkillərindən Prezidentə MÜRACİƏT

ÖLKƏ
11:10 / 14.04.2021
1619

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə müraciət edib.

HİT.az xəbər verir ki, vəkillər müraciətində keçmiş Baş prokurorun səhhətinə diqqət çəkib. Vəkillər bildirir ki, səhhətində ciddi problemlər olan Eldar Həsənova həyati təhlükə yaranıb və buna görə də təcili şəkildə tibbi müdaxiləyə ehtiyac var. Müraciətdə daha sonra deyilir:

“Ümid  edirik ki, vəkillərin bu səsi tərəfinizdən eşidiləcəkdir. Artıq iki aya yaxındır ki, müayinə  və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir. 

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişməklə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalara da cərrahi əməliyyatlar keçirilməsinə dair verilmiş vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilərək icazə verilməmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşayiət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.

Eldar Həsəənovun hal-hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək. Siyahı hamını dəhşətə gətirir:

Şəkərli-diabeti üçün
1. Janumet – 1 t x 2 dənə (səhər, axşam),
2. Jardiance - 1 t x 2 dənə,
Ürək üçün
3. Sortes – 2 t x 1 d,
4. Triatek – 2 t x 2 d,
5. Carvaton – 1 t x 2 d,
6. Valokardin – 20 damla x 3 dəfə,
7. Validol – 1 t x 2 d,
8. Aspirin-kardio – 1 t x 2 d,

Yaddaş üçün
9. Rezerkane- 1 t x 2,

Yuxu üçün
10. Remeron – 1,5 t x 1 d,
11. Dalmadorm – 1- 1,5 t x 1 d,
12. Relaxane – 1 t x 2 d,
13. Mugakalm – 1 t x 2 d,
14. Voltoren- 1-2 tab x 1- 2 d 
15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saatərzində (çox təhlükəli doza),
16. Azrozol (ингаляционныйдозированный) – nəfəs almada problemlər yarananda,
17. Movicol – gündə 2-3-4 dəfə),
18. Laxoberon – gündə 2-3-4 dəfə),
19. Nücleoc.m.p. Forte ( sümük ağrıları üçün),
20. Сольбутанол (интели) nəfəs almada problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir.

Möhtərəm cənab  Prezident!

Yuxarıda sadalananları nəzərə alaraq Sizdən  xahiş edirik:

Həsənov Eldar Hümbət oğlunun səhhətində mövcud  real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və  bu  əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün  mümkün olan köməklik edəsiniz”.

1