Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

ÖLKƏ
09:47 / 15.04.2021
724

Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq. 

Qurumun mətbuat rəsmisi Rafiq Əliyev HİT.Az-a bildirib ki, bəzi dağlıq və dağətəyi regionlarda istiliyin verilməsi mayın 1-nə kimi davam edəcək: “Bu gündən etibarən istilik xətlərinə hidravlik təzyiq verilib yoxlanılmasına başlanılacaq. Bunun  əsasında da  növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri görüləcək”. 

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də isə başa çatır. Buna görə də bu gün respublikanın istiliklə təmin edilməsiylə bağlı son gün hesab edilir.

0