Polkovnik-leytenant da koronavirusdan vəfat etdi - FOTO

ÖLKƏ
17:53 / 15.04.2021
1242

Samux rayon Polis Şöbəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Famil Bağırov koronavirus səbəbindən vəfat edib.

1969-cu il təvəllüdlü F.Bağırov bir müddət öncə COVID-19 virusuna yoluxub və dünən qəfildən vəziyyəti ağırlaşaraq vəfat edib.

F. Bağırov Samux RPŞ-nin Təşkilati-Analitik qrupunun baş inspektoru olub.

“Qafqazinfo”

0