Bakıda zəncirvari qəza: tıxac yarandı - FOTOLAR

ÖLKƏ
10:18 / 17.04.2021
1858

Bakıda üç avtomobil toqquşub.

HİT.Az Report-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı "Mercedes", "Lada" və "Opel" markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.

Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb.

0