İnsan Alveri İdarəsi bu qadınları axtarır - FOTO

ÖLKƏ
11:26 / 17.04.2021
2411

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi iki qadının barəsində axtarış elan edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bunlardan biri 1986-cı ildə Sabirabad rayonun Qarağac kəndində anadan olmuş Gülnarə Ramazan qızı Babayevadır.

Gülnarə Babayeva rəsmi qeydiyyatda Şirvan şəhərindədir.

Onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

Axtarışa verilən daha bir qadın isə Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Ələkbərova Lalə Vilayət qızıdır.

Lalə Ələkbərovanın barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

0