Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO

ÖLKƏ
19:39 / 17.04.2021
975

İkinci Qarabağ Müharibəsi şəhidi Sarvan Əli oğlu Mirzəyevin övladı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn şəhidin övladı bu gün Biləsuvar rayonuna yola salınıb.

Şəhidimizin ilk övladı olan qızına Sarvanə adı verilib.

Qeyd edək ki, xüsusi təyinatlı qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kəşfiyyatçı olan Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, ailəsi sonradan Biləsuvar rayonuna köçüb.

Vətən Müharibəsinin ən son günlərində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş S.Mirzəyev döyüşlərdə şücaətinə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

0