İki qazimiz sağalaraq Vətənə döndü - FOTO

ÖLKƏ
09:34 / 20.04.2021
1266

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə HİT.Az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qazilərimiz Hüseynov Kamil Dursunəli oğlunun və Əliyev Ramin Şirbağır oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Həmçinin bildirilib ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

0