Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyası istismara verilib.
HİT.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.
***
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.
HİT.Az xəbər verir ki, dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.
***
Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.
HİT.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.
HİT.Az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.