İrəvandakı apteklərində üzərində Azərbaycanca təlimatlar olan dərmanlar satılır.
HİT.Az Ermənistanın Verelq.Am saytına istinadən xəbər verir ki, bu barədə Kara Avetisyan adlı erməni sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, aldığı dərmanın içərisindən Azərbaycan dilində təlimat çıxıb.
Məhsulun İrəvana qaçaqmalçılıq yolu ilə daxil olduğu ehtimal edilir.