İsazadə Aytəkin İsmayıl qızı 1994-cü ildə Zaqatalada anadan olub. 8 yaşında ağır qəza keçirirək yerimə qabliyyətini itirib. 2009-cu ildə qardaşı intihar edib. Bundan sonra atası infarkt keçirib.
Yaşadığı çətinliklər Aytəkini həyatdan soyudub və intihar etmək fikrinə düşüb, dərman içərək canına qəsd etmək istəyib. Amma bundan peşman olub. İntiharın bir addımlığından dünya reytinqində top 22 ən güclü idmançı sıralarına qədər yüksələn Aytəkin yaşadıqlarını anladır, səbəb nə olursa olsun, intiharın çıxış yolu olmadığını deyir.
Əlil arabasında qılıncoynatmada iki dəfə Federasiya kubokunun sahibi, Beynəlxalq Qafqaz kubokunun bürünc mükafatçısı xanım idmançının həyat hekayəsini öz dilindən eşidək.