Ucar Rayon Qazyan kəndinin bir qrup sakini kəndin yolsuzluq problemilə bağlı ölkə rəhbərliyinə müraciət edib.
Bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən məktubda deyilir ki, Qazyan kəndinin bir hissəsi yolsuzluqdan əziyyət çəkir.
Şikayətçilər qeyd edirlər ki, kənd yollarının bir hissəsi asfaltansa da, bu iş onların yaşadıqları əraziyə şamil olunmayıb və hazırda həmin ərazidəki yollar bərbad durumdadır: “Hazırda Ucar rayonu Qazyan kənd ərazisində yol tikintisi işləri aparılır. Ancaq çox təəssüf ki, bu şikayət ərizəsini hazırlayan 100 ailənin yaşadığı əraziyə gedən yola asfalt çəkilməsi nəzərdə tutulmayıb. Bu isə qanunsuzluq və laqeyidlikdir ki, müəyən vəzifəli şəxslər tərəfindən yol verilir. Qazyan kəndinin küçələrinin əksəriyyətinə asfalt örtüyü çəkilsə də, bizim yaşadığımız əraziyə çəkilmir. Həmin ərazidə yerləşən kənd qəbristanlığının yolu da bərbad vəziyyətdədir. Bizim ailələrdə azyaşlı uşaqlar, qocalar və xəstə insanlar var ki, onlar yolsuzluqdan çox əziyyət çəkirlər. Uşaqlarımız yolsuzluğa görə məktəbə gedə bilmirlər. Yolun bərbad vəziyyətdə olmasına görə yayda tozdan, qışda isə palçıqdan hərəkət etmək olmur...”
Şikayətçilər deyirlər ki, bu problemlə bağlı ölkə başçısına müraciət ediblər. Problemin həlli Ucar Rayon İcra Hakimiyyətinə tapşırılsa da, bu qurumda məsələyə laqeyid münasibət göstərilib: “İcra başçısının müavini Vaqif Mehdiyev buna mane oldu. Bizə söz verildi ki, yol tikintisi başlayan kimi ilk növbədə sizin yaşadığınız ərazinin yoluna asfalt çəkiləcək. Biz, inanıb ümüd etdik ki, söz verilibsə, əməl ediləcək. Ancaq yol tikintisi Qazyan kəndində başqa ərazidə aparıldı və bizim yola asfalt vurulmasının nəzərdə tutulmadığını bildirdilər. Hansı ki, yol tikintisi və abadlıq işləri üçün cənab Prezident dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayırır. Bir kənddə yol tikintisi nəzərdə tutulubsa, bunu bütün kəndə aid etmək lazımdır. Kəndin bir hissəsi yol tikintisinə sevinsə də, digər hissəsinin arzusu gözündə qaldı. Bu isə ayrıseçkilik və yarımçıq iş deməkdir...”
Sonda mətbuat vasitəsilə bir daha ölkə başçısına müraciət edən kənd sakinləri bu problemin tezliklə həll olunmasını xahiş edirlər.
Müraciəti aşağıdakı sakinlər imzalayıblar:
1. Həsənov Şahin Əliheydar oğlu
2.Qasımov Teymur Əlikram oğlu
3.Həmidov Əvəz Ağalı oğlu
4.Abdullayev Təbriz Əliyar oğlu
5.Səmədov Rafiq Nazim oğlu
6.Kərimov Elçin Tahir oğlu
7.Qasımov Rüstəm Alı oğlu
8.İbrahimov Müşfiq Səmid oğlu
9. Cəfərov Sarı Qəfər oğlu
10. Həmidov Rəşid Məhəmmədəli oğlu
11. Abdullayev Eldar Abdul oğlu
12.Həsənzadə Elnur Şahin oğlu
13. Abbasov Məsim Abbasqulu oğlu
14.Mehdiyev Saleh Qamət oğlu
15. Abdullayev Elxan Abdul oğlu
16. Abdullayev Mahir Məmməd oğlu
17. Abdullayev Faxrət Ağasəf oğlu
18. Rəhimov Əhməd Arif oğlu
19. Quliyev Şahin Əli oğlu
20. Vahidpv Vahid Məhəmmədəli oğlu
21.Vəliyev Ülvi Ağasəf oğlu
22. Vəliyev Rahib Kamil oğlu
23. Əhmədov Ehtiram Əhməd oğlu
24. Mahmudov Mahmud Zakir oğlu
25. Əhmədov İlqar Surxay oğlu
26. Əliyev Mahmud Məmməd oğlu
27.Bağırov Ceyhun Bilal oğlu
28. Quliyev Kamil Davud oğlu
29. Rəhimov Lətif Rəhim oğlu
30. Əliyev Nicat Musa oğlu
31. İsmayılov Elşən Cavad oğlu
32.Bağırov İsmayıl Nazim oğlu
33. Məlikov Vüqar Mehman oğlu
34. Abdullayev Kamil Həsən oğlu
35.Məmmədov Aydın Əlsaab oğlu