İcra başçısı özünə köməkçi təyin etdi

ÖLKƏ
13:46 / 20.04.2021
1447

Tərtər rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

RİH-nin başçısı Müstəqim Məmmədovun əmri ilə, Osmanov Şirin Güloğlan oğlu Tərtər RİH-nin başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, Ş.Osmanov bu təyinatadək Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

1
Unikal.org