Ağamusa Zeynalov vəfat etdi

ÖLKƏ
10:27 / 21.04.2021
1686

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin sabiq müəllimi Ağamusa Zeynalov vəfat edib.

HİT.Az xəbər verir ki, A.Zeynalov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

O, 1963-1965-ci illərdə Azərbaycan Pedaqoji İnstutunda "Gənc müəllim" qəzetində işləyib,1973-1977-ci illərdə BDU-nun "Bakı universiteti" qəzetində redaktor vəzifəsində çalışıb. 1965-1994-cü illərdə isə "Bakı universiteti" nəşriyyatına direktorluq edib.

Tələbələrin sevimli müəllimi kimi tanınan A.Zeynalov bir neçə il bundan öncə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Fakültədə yüzlərlə jurnalistin yetişməsində rolu olan A.Zeynalov 50 elmi məqalə, 600-dən çox publisistik məqalənin müəllifidir. 

1