Şamaxı İcra Hakimiyyətində iki yeni TƏYİNAT

ÖLKƏ
12:03 / 21.04.2021
1182

Şamaxı rayonunda daha iki Vətən müharibəsi iştirakçısı dövlət orqanlarında vəzifəyə təyin olunub. 

HİT.Az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə 1996-cı il təvəllüdlü, ali təhsilli əvvəllər RİH başçısının I Çaylı kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyində baş məsləhətçi-baş mühasib işləmiş Vətən müharibəsi iştirakçısı Rəhimov Aqil Ziyəddin oğlu RİHB-sı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə böyük məsləhətçi təyin edilib.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının digər əmri ilə 1994-cü il təvəllüdlü, ali təhsilli, Vətən müharibəsi iştirakçısı Rəsulov İlyas Adil oğlu isə RİHB-nın II Cabanı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

0