Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.
HİT.Az-ın APA-ya istinadən xəbərinə görə, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.
Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.