"Aztelekom"un rəhbərliyinə müvəqqəti TƏYİNAT 

ÖLKƏ
11:33 / 22.04.2021
808

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.

HİT.Az  Report.az-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Samir Məmmədova həvalə edilib.

O, Nazirliyin aparat rəhbəridir və bu vəzifədə bir neçə gün öncə işdən kənarlaşdırılmış Suat Paşayevi əvəz edib.

0