Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

ÖLKƏ
11:50 / 22.04.2021
2526

Sabiq millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri Hüseynbala Mirələmov bu gün universitetdəki vəzifəsindən azad olunub.

HİT.Az xəbər verir ki, bu barədə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib:

"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".

Qeyd edək ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsində çalışırdı.

0