Vətən Müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

ÖLKƏ
23:57 / 22.04.2021
1187

Cəbrayıl rayon İcra hakimiyyətində yeni təyinat olub.

Unikal.org-un məlumatına görə, Vətən Müharibəsinin iştirakçısı Məhərrəmov Niyaməddin Nurəddin oğlu Cəbrayıl RİH-də yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, ehtiyatda olan leytenant N. Məhərrəmov  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı  ilə təltif olunub.

0