Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start veriləcək.
HİT.Az-ın məlumatına görə, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edirib.
Bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub.
2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər.