Prezidentdən daha bir TƏYİNAT

ÖLKƏ
17:45 / 23.04.2021
2078
Lənkəran Dövlət Universitetinə (LDU) rektor təyin edilib.
 
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Sərəncamla bu vəzifəyə Natiq Səhrab oğlu İbrahimov təyinat alıb.
 
Qeyd edək ki, riyaziyyat üzrə elmlər doktoru, professor N.İbrahimov bu təyinatadək LDU-nun rektor əvəzi vəzifəsində çalışıb.
2