Erməni axtarış qrupları Hadrut ərazisində bu gün 2 erməni hərbçisinin meyitini tapıblar.
HİT.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.
Məlumata görə, bu gün Azərbaycan tərəfi Ağdərə istiqamətində daha 3 erməni hərbçisinin meyitini qarşı tərəfə verib.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1551 olub.
Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.