Polis reyd keçirdi - Sərxoş sürücü və avtoxuliqan saxlanıldı - FOTOLAR

ÖLKƏ
22:24 / 23.04.2021
722

Biləsuvarda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.

"Report"un məlumatına görə, reyd rayonun müxtəlif ərazilərində təşkil olunub.

Reyd zamanı 5 nəfərin sürücülük vəsiqəsinin olmaması, 1 nəfərin avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkarlanıb. Həmçinin 1 avtoxuliqan aşkar edilib.

Onlar barədə inzibati protokollar tərtib olunub.

 

0