Koronavirus xəstəsi taksi sürürmüş - FOTO

ÖLKƏ
10:16 / 24.04.2021
942

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan HİT.Az-a verilən məlumata görə, Elçin Qəhrəmanov rayon ərazisində özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib. Onun fəaliyyəti dayadırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. E.Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.

0