Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırıldı - SƏRƏNCAM

ÖLKƏ
11:53 / 24.04.2021
1927

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım Məmmməd qızı İbrahimovanın vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

HİT.Az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın".

0