Azərbaycanda daha 3 məktəb koronavirus görə BAĞLANDI

ÖLKƏ
15:05 / 24.04.2021
748

Ağdaş rayonunda daha üç orta məktəb distant təhsilə keçib.

HİT.Az xəbər verir ki, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü hümanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

0