Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

ÖLKƏ
16:43 / 24.04.2021
1378

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib. 30 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, bu günə qədər isə ümumilikdə 3 178 044 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 16 090 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477 575 təşkil edir.

0