Tovuzda torpaq sürüşməsi olub,  kənd yolu bağlandı  FOTO

ÖLKƏ
20:30 / 24.04.2021
1158

Havaların yağıntılı olması Tovuzun Qaralar kəndində torpaq sürüşməsinə səbəb olub.

"Report"un məlumatına görə, Tovuz rayon Qaralar kəndinin dağlıq ərazisində torpaq sürüşməsi olub. Nəticədə iri qaya parçaları və torpaq kütləsi kənd yoluna tökülüb. Bu səbəbdən gediş-gəlişdə qismən çətinlik yaranıb. Hazırda yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, son günlər bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

0