Azərbaycan ordusunun 3 generalı EHTİYATA BURAXILDI

ÖLKƏ
14:01 / 25.04.2021
1691

General-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.

Bu barədə Müdafiə Nazirliyi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəis müavini vəzifəsini icra edirdi. 

 

2