Əhəd Abıyev sabiq icra başçısının oğlunu işdən çıxardı

ÖLKƏ
10:45 / 26.04.2021
3344

Daşkəsən rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

HİT.Az unikal.org-a istinadən xəbər verir ki, RİH-nin başçısı Əhəd Abıyevin əmri ilə, hüquq şöbəsinin müdiri Elmar Şıxəliyev vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Şıxəliyev Sabirabad RİH-nin sabiq başçısı Vaqif Şıxəliyevin oğludur.

Xatırladaq ki, V.Şıxəliyev 1993-cü ildən 1995-ci ilədək Sabirabad rayonunun icra başçısı olub.

6