Bakıdakı “yol qüsuru” aradan qaldırıldı

ÖLKƏ
10:59 / 26.04.2021
757

Sosial şəbəkələrdə 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində yol verilən qüsur aradan qaldırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, qurumun aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb:

“Ərazidə olan dekorativ kolluqlar parkın ərazisindəcə 10 metr kənara köçürülərək yenidən əkilib”.

Qeyd edək ki, problem sosial şəbəkələrdə ictimailəşdirilmişdi.

0