MSK-nın sədri yenə Məzahir Pənahov olacaq? - Qərar dəyişib

ÖLKƏ
12:47 / 27.04.2021
2467

Mərkəzi Seçki Komissiyasının sədri yenidən Məzahir Pənahov ola bilər.

HİT.Az-ın əldə etdiyi məlumata görə, Məzahir Pənahovun əvəzlənməsi nəzərdə tutulsa da, sonradan qərar dəyişib.

Məlumat üçün deyək ki, MSK-nın yeni tərkibində Məzahir Pənahovun da adı var. Yeni tərkib Milli Məclisin bu gün keçirilən iclasında formalaşdırılıb. 

Məzahir Pənahov 2000-ci ildən MSK-nın sədridir. Onun sədrliyi dövründə 4 prezident, 4 parlament, 4 bələdiyyə seçkisi və 2 referendum keçirilib. 

Qeyd edək ki, islahatlar dalğasında Məzahir Pənahovun da karyerasına son qoyulacağı barədə iddialar səsləndirilirdi. Bu, onun həm uzun müddət bir vəzifədə qalması, həm də yaşı ilə əlaqələndirilir.

VÜQAR

8