"Qaçqınkom" Bakıda daha 3 yaşayış binası tikəcək

ÖLKƏ
09:44 / 28.04.2021
794

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib.

HİT.Az bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi "Kapitel" MMC-dir.

0