Azərbaycanda qayınana hamilə gəlinini döydü - DİN-dən AÇIQLAMA (VİDEO)

ÖLKƏ
10:29 / 28.04.2021
1192

Sosial şəbəkələrdə qayınanasının hamilə gəlinini döyməsi ilə bağlı görüntülər yayılıb.

Unikal.org-un məlumatına görə, hadisə Lənkəranın Yuxarı Nüvədi kəndində baş verib. Bildirilib ki, hər gün gəlin qaynanası tərəfindən şiddətə məruz qalır. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

0