Respublika Klinik Xəstəxanasının baş həkimi işdən çıxarıldı - YENİ TƏYİNAT

ÖLKƏ
15:01 / 28.04.2021
2924

Telman İbadov Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılıb. 

APA-nın məlumatına görə, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə  Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.

1