Birinci sinfə qəbulla bağlı Çağrı Mərkəzi yaradıldı

ÖLKƏ
21:26 / 28.04.2021
998

Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb.

HİT.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir:

“Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi beş gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər”.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

0